La Liqanın X turunda “Real Madrid”ə 1:2 hesabı ilə uduzan “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq matçdan sonra baş verən insidentlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:
“Mən orada nə baş verdiyini görmədim. Hakim fitini verdikdə, “Real” oyunçuları Yamala yaxınlaşdı. Hadisə bir az böyüdüldü. Kiminsə Yamalla bağlı iradı varsa, şəxsi danışa bilər. Yamal heç deməyib ki, “Real” fırıldaq edir – mən eşitməmişəm.”
Xatırladaq ki, bu qələbə ilə “Real Madrid” La Liqada liderliyi ələ keçirib, “Barselona” isə 5 xal geridədir.