AZ

Lavrov geyimindəki “SSRİ” yazısından danışdı - Utanmaq lazım deyil

BAKI, 27 oktyabr. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ultrahang” YouTube kanalına müsahibəsində insanları Alyaskada keçirilənRusiya - ABŞ sammitində geyindiyi “SSRİ” yazısı olan köynəkdə gizli məna axtarmamağa çağırıb.

Teleqraf xəbər verir ki, diplomat sözügedən geyiminini Rusiyanın tarixi ilə əlaqələndirib.

"Sovet İttifaqı mənim vətənimdir. Mən orada doğulmuşam, gəncliyimdən və orada Xarici İşlər Nazirliyində işləməkdən həzz almışam. Vətənimizdən utanmaq lazım deyil", - nazir bildirib.

O əlavə edib ki, üzərində “SSRİ” sözü yazılmış köynək çox qəşəngdir və Rusiyada məşhurdur.

"Bizdə Rusiya imperiyasının gerbi olan köynəklər var. Onları çox adam geyinir. Bu, tarixin bir hissəsidir", - XİN rəhbəri bildirib.

Avqustun 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-ABŞ sammiti ərəfəsində Ankoricdəkiotelinə “SSRİ ” yazısı olan Çelyabinsk brendi “SelSovet”dən olan sviter geyinərək gəlib. Britaniyanın "Sky News" telekanalı paltarı 20-ci əsrdə ABŞ və SSRİ arasında olmuş Soyuq Müharibəyə mesaj hesab edib. Amerikanın CNN televiziya kanalı isə iddia edib ki, köynək Rusiyanın böyük güc statusuna qayıtmasına siqnaldır

Daha sonra Rusiya Prezidenti Vladimir Putin sviterinə görə zarafatla Lavrovu “imperialist” adlandırıb . Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba isə diplomatın Alyaskada üzərində “SSRİ” yazılmış sviter geyinməsini “Rusiyanın kimliyinin nümayişi” adlandırıb. Alyaska sammiti günü sviter 10990 rubla satılıb. Onun istehsalçıları böyük tələbat səbəbindən 24 saatlıq fəaliyyətə keçməli olublar.

Seçilən
49
1
teleqraf.com

2Mənbələr