Bakı. Trend:
Fırtına səbəbindən Avstraliyada təxminən 90 min ev işıqsızqalıb. Elektrik kəsilməsi xüsusilə Viktoriya və Kvinslendştatlarına təsir edib.
Trend-inməlumatına görə, bu barədə "The Australian" məlumat yayıb.
Qeyd olunub ki, Kvinslenddə 67 mindən çox ev axşam saat 19:00-a(Bakı vaxtı ilə 14:00) qaranlığa qərq olub. Ştatın digərşəhərlərinin də qasırğadan təsirlənəcəyi ehtimal edilir.
"ABC" telekanalının məlumatına görə, Viktoriya ştatında elektrikenerjisinin kəsilməsi 25 mindən çox evə təsir edib. Ən çox zərərştatın paytaxtı Melburn və qərb bölgəsində qeydə alınıb.
Avstraliya Meteorologiya Bürosunun baş sinoptikçisi MiriamBredberinin sözlərinə görə, güclü yağış daşqınlara səbəb ola bilər.O əlavə edib ki, mövcud hava şəraiti gələn həftə ərzində də davamedə bilər.