AZ

Kamerunda prezident seçkiləri üzrə nümayişdə ən azı 4 nəfər ölüb

Bakı. Trend:

Kamerunun iqtisadi paytaxtı Dualada müxalifətin təşkil etdiyi 12oktyabr prezident seçkilərində namizədi Bakari İssa Çiromanıntanınması tələbi ilə keçirilən nümayiş zamanı ən azı dörd nəfərhəlak olub.

Trend xəbər verirki, bu barədə "Reuters" agentliyi Çiromanın seçki qərargahınaistinadən məlumat yayıb.

Məlumata görə, nümayiş zamanı silah səsləri eşidilib. Etirazzamanı itkilərlə bağlı hakimiyyət orqanlarından heç bir rəsmiaçıqlama verilməyib.

Qeyd edək ki, bir gün əvvəl Çiroma 26 oktyabrda ölkənin bütünşəhərlərində ona dəstək nümayişləri keçirməyə çağırmışdı: "Gəlin vəbütün əsas şəhər qovşaqlarında dinc yürüşlər təşkil edin."

Seçilən
99
az.trend.az

1Mənbələr