AZ

Litva Belarusla sərhəddəki bütün keçid məntəqələrini bağladı

BAKI, 27 oktyabr. TELEQRAF

Litva hökuməti Belarusla sərhəddə yerləşən iki nəzarət-buraxılış məntəqəsini bağlaması nəticəsində iki ölkə arasında əaliyyətdə olan keçid məntəqəsi qalmayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.

“Belarusla sərhəddəki Mədininkay və Şalçinininkay keçid məntəqələri hələlik müəyyən olunmamış müddətə bağlanır”, - deyə mərkəzin açıqlamasında bildirilir.

Qeyd olunur ki, bu addım, Vilnüs Beynəlxalq Hava Limanının tez-tez bağlanmasına səbəb olan və Litvaya qaçaqmal siqaret daşınmasında istifadə edilən meteoroloji zondlarla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində atılıb.

Seçilən
58
teleqraf.com

1Mənbələr