BAKI, 27 oktyabr. TELEQRAF
Avropa İttifaqı Rusiyadan maye təbii qaz (LNG) idxalında hələ də liderdir.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzetiməlumat yayıb.
2022-ci ilin fevralından 2025-in sentyabrna qədər Aİ Rusiyanın ümumi LNG ixracının təxminən yarısını alıb. Çin və Yaponiya isə müvafiq olaraq 22% və 18% payla ikinci və üçüncü yerlərdə qərarlaşıb.
Aİ həm də Rusiyadan boru kəməri ilə qaz idxalında birinci yerdədir. Ümumi həcmin 35%-i Avropaya yönəlib. İkinci və üçüncü yerdə isə Çin (30%) və Türkiyə (29%) yerləşir.
Aİ daxilində əsas alıcı ölkələr Macarıstan, Slovakiya, Fransa, Belçika və Niderland olub.
2024-cü ildə Rusiyadan Aİ-yə maye qaz tədarükü 21% artaraq 21,5 milyard kubmetrə çatıb. 2025-ci ilin ilk doqquz ayında isə həcmlər 7% azalıb