Moskva istiqamətində uçan 17 Ukrayna pilotsuz uçuş aparatı vurulub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
O, gecə ərzində Moskvaya uçan 15-ci dronun vurulduğunu söyləyib.
***
23:16
Rusiya paytaxtına dron hücunu həyata keçirilir.
APA-nın Moskva bürosu xəbər verir ki, paytaxtın cənub hissəsində güclü partlayış səsləri eşidilib.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemləri tərəfindən beş pilotsuz uçuş aparatının vurulduğunu bildirib.