AZ

Almaniyada quş qripi genişlənir: daha 130 min quş məhv ediləcək

BAKI, 27 oktyabr. TELEQRAF

Almaniyanın Brandenburq əyalətində quş qripinin yeni ocaqları aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Bildirilir ki, infeksiya səbəbindən fermerlər təxminən 130 min quşu məhv etməli olacaqlar.

Virus Noyxardenberqdəki fermada 80 min ördəyi, Noytrebbində isə 50 min broyleri yoluxdurub. Yoluxma mənbələrinin ətrafında 3 kilometrlik qoruma və 10 kilometrlik müşahidə zonası yaradılıb.

Regional hakimiyyətin məlumatına görə, təkcə Merküş-Oderland bölgəsində indiyədək yarım milyondan çox quş tələf olub və ya məhv edilib. Rəsmilər bildirir ki, bu bölgə Brandenburqun əsas quşçuluq mərkəzlərindən biridir və vəhşi quşların miqrasiya marşrutu üzərində yerləşir. Yaxın həftələrdə cənuba doğru turna və qu quşlarının kütləvi uçuşu gözlənilir.

Seçilən
94
teleqraf.com

1Mənbələr