ain.az, Azertag portalına istinadən məlumat yayır.
Vilnüs, 27 oktyabr, AZƏRTAC
Litva hökuməti Belarusla sərhəddəki iki keçid məntəqəsini qeyri-müəyyən müddətə bağlayıb.
AZƏRTAC-ın xarici mediaya istinadla məlumatına görə, bu məntəqələr Medininkay kəndi və Şalçininkay rayon mərkəzi yaxınlığındadır.
Məlumata görə, bu tədbir Vilnüs Beynəlxalq Hava Limanının məcburi bağlanmasından sonra mütəmadi olaraq tətbiq edilir.
Bundan əvvəl Litvanın Baş naziri İnqa Ruqiniene ölkə hökumətinin Belarusla fəaliyyət göstərən son iki sərhəd-keçid məntəqəsini bağlamaq qərarına gəldiyini açıqlamışdı.
Oktyabrın 22-də Litvanın hava məkanını pozan meteoroloji balonlar vasitəsilə siqaret qaçaqmalçılığı insidentləri baş verib. Bu səbəbdən Litva Belarus tərəfinə rəsmi etiraz notası göndərib.
Qeyd edək ki, Litva əvvəllər Belarusla sərhəddə uçuşlara da qadağa qoymuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.