AZ

Böyük Britaniya sualtı dronların alınmasına 150 milyon funt sterlinq xərcləyəcək

Bakı. Trend:

Böyük Britaniya hökuməti minaları aşkar etmək və sualtıobyektləri qorumaq üçün sualtı dronların alınmasına 150 milyon funtsterlinq (200 milyon dollar) ayıracaq.

Trend xəbər verirki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, müasir dəniz dronları Qara dənizdə minatəmizləmək, həmçinin kabellər və boru kəmərləri kimi mühüm sualtıinfrastrukturun qorunması məqsədilə istifadə ediləcək.

Böyük Britaniya Müdafiə Nazirliyi ilə bağlanan müqaviləyəəsasən, ilkin mərhələdə 24 sualtı dronun alınması planlaşdırılır.Hər bir cihazın təxminən 6 milyon funt sterlinqə (8 milyondollardan çox) başa gələcəyi bildirilir.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, pilotsuz gəmilər“insanlı mina ovlayan gəmilərdən daha sürətli və dəqiq fəaliyyətgöstərir”.

Seçilən
99
az.trend.az

1Mənbələr