AZ

Albaniyada Azərbaycan derbisi - Qazanan oldumu?

Albaniya çempionatında 8-ci turun matçları keçirilir.

Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Zamiq Əliyevin komandası "Eqnatiya" ilə üz-üzə gəlib.

Matç 0:0 hesabı ilə yekunlaşıb.

Həm Vüsal, həm də Zamiq meydana start heyətində çıxıblar və sona qədər oynayıblar.

"Eqnatiya" 15 xalla 2-ci, “Partizani” 8 xalla 7-ci pillədədir.

Seçilən
67
sportinfo.az

1Mənbələr