AZ

A Seriyası: "Latsio" doğma meydanda 3 xalı bayram etdi

 

İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı, “Latsio” da “Yuventus”u xalsız yola salıb. “Roma” isə səfərdə “Sassuolo”ya qalib gəlib.

Hazırda “Napoli” və “Roma”nın 18, “Milan”ın 17, “İnter”in 15, “Bolonya”nın 14, “Komo”nun 13, “Atalanta”, “Yuventus” və “Udineze”nin 12 xalı var.

İtaliya A Seriyası
8-ci tur

24 oktyabr

Milan – Piza 2:2
Qollar: Leao, 7. Atekame, 90+3 – Kuadrado, 60-pen. Nzola, 85.

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2
Qollar: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1
Qollar: De Bruyne, 33-pen. Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59-pen.

Kremoneze – Atalanta 1:1
Qollar: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

Torino – Cenoa 2:1
Qollar: Sabelli, 63-öz qapısına. Maripan, 90 – Torsbi, 7.

Sassuolo – Roma 0:1
Qol: Dibala, 16.

Verona – Kalyari 2:2
Qollar: Qalyardini, 23. Orban, 59 – İdrissi, 77. Feliçi, 90+2.

Fiorentina – Bolonya 2:2
Qollar: Qudmundsson, 74-pen. M.Kin, 90+4-pen – Kastro, 25. Kambyaqi, 52.

Latsio – Yuventus 1:0
Qol: Başiç, 9.

 

Seçilən
22
fanat.az

1Mənbələr