AZ

Liqa 1: "Olimpik Lion" son dəqiqələrdə sevindi

Fransa Liqa 1-də 9-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Lill” “Mets”i, Lion “Olimpik”i “Strasburq”u, “Anje” “Loryan”ı xalsız yola salıb. “Oser” evdə “Havr”a, “Renn” isə “Nitsa”ya uduzub.

Hazırda 20 xala malik PSJ vahid liderdir. “Lans” 19, Marsel və Lion “Olimpik”ləri 18, “Lill” və “Monako” 17 xal toplayıb.

Fransa Liqa 1
9-cu tur

24 oktyabr

Paris – Nant 1:2
Qollar: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.

25 oktyabr

Brest – PSJ 0:3
Qollar: Hakimi, 29; 39. Due, 90+6.

Monako – Tuluza 1:0
Qol: Salisu, 3.

Lans – Olimpik (Marsel) 2:1
Qollar: Eduard, 23-pen. Pavar, 53-öz qapısına – Qrinvud, 17.

26 oktyabr

Lill – Mets 6:1
Qollar: İqamane, 24. Korreya, 34; 53. Perro, 64. B.Andre, 82. Haraldsson, 90+3 – Sane, 90+5.

Anje – Loryan 2:0
Qollar: P.Peter, 16. Şerif, 59.

Oser – Havr 0:1
Qol: A.Ture, 47.

Renn – Nitsa 1:2
Qollar: Budlal, 67 – S.Diop, 38. Klauss, 45+1.

Olimpik (Lion) – Strasburq 2:1
Qollar: Dukure, 31-öz qapısına. Morreyra, 90+1 – Panikelli, 25.

Seçilən
44
1
fanat.az

2Mənbələr