AZ

Venesuela ABŞ və Trinidad-Tobaqonun birgə hərbi təlimlərini pisləyib

Karakas Karib dənizində keçirilən manevrləri “hərbi təxribat” adlandırdı...

Poliqon xəbər verir ki, Venesuela hökuməti ABŞ və Trinidad-Tobaqonun Karib dənizində həyata keçirdiyi birgə hərbi təlimləri kəskin şəkildə qınayıb. Bu barədə ölkənin vitse-prezidenti Delsi Rodrigez rəsmi bəyanatla çıxış edib və təlimləri “açıq hərbi təxribat” kimi qiymətləndirib.

Rodrigez ölkə rəhbərliyi adından yayımladığı kommünikedə bildirib ki, əməliyyat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən hazırlanıb və əsas məqsədi regionda “tammiqyaslı hərbi qarşıdurma” yaratmaqdır. Onun sözlərinə görə, bu barədə məlumat Venesuela xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmiş muzdlu döyüşçü qrupundan əldə olunub: “Həmin şəxslər birbaşa Amerika kəşfiyyatı ilə əlaqədə olduqlarını etiraf ediblər.”

Xatırladaq ki, ötən həftənin sonunda ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində mümkün quru hərbi əməliyyatlarının keçirilməsini istisna etmədiyini bəyan etmişdi. ABŞ administrasiyası Karakası narkotik qaçaqmalçılığına dəstək verməkdə ittiham edir.

Sentyabrın əvvəlindən bəri ABŞ hərbi komandanlığı Karib dənizi akvatoriyasında “narkoterrorçulara” qarşı ən azı doqquz zərbə endirildiyini təsdiqləyib. Rəsmi məlumatlara görə, nəticədə 37 nəfərin həlak olduğu bildirilib.

Poliqon.info

Seçilən
87
poliqon.info

1Mənbələr