ABŞ prezidenti Donald Tramp Putinlə həmişə çox yaxşı münasibətlərinin olduğunu, amma son proseslərdən məyus oldunu da etiraf edib.
O, əlavə edib ki, Rusiya lideri ilə yeni zirvə görüşü yalnız “Ukrayna ilə bağlı razılığa gələ biləcəyimizə əmin olduğu təqdirdə” mümkün olacaq.
“Vaxtımı boşa sərf etməyəcəyəm. Razılığa gəlməyimizə əmin olmalıyıq... Düşünürdüm ki, Ukraynada həll yolu Yaxın Şərqdə sülhdən daha tez əldə ediləcək” - deyən Tramp Moskva ilə Kiyev arasındakı münaqişənin həll oluna biləcəyinə inandığını bildirib.
TAHİR