Çində alimlər 10 min il əvvəl asteroid toqquşması nəticəsində yaranmış krater aşkar ediblər.
QHT.az xəbər verir ki, Çinin Quanqdonq əyalətində, Zhaoqing şəhəri yaxınlığında diametri 900 metr olan qədim krater tapılıb. Alimlərin fikrincə, krater təxminən 10 min il əvvəl 30 metrlik asteroidin toqquşması nəticəsində yaranıb.
Partlayışın gücü Xirosimaya atılan 40 atom bombasına bərabər olub. Bu, Çində təsdiqlənmiş beşinci, ölkənin cənubunda isə ilk kraterdir. Tədqiqatçılar bildirirlər ki, belə kəşflər həm regionun geoloji tarixini öyrənmək, həm də gələcək asteroid toqquşmaları risklərini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
R.İmanov