GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın şərqində yerləşən Kamçatkadakı Kraşeninnikov vulkanı 2,4 kilometr yüksəkliyə kül püskürüb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupu məlumat yayıb.
“Kraşeninnikov vulkanı 2,4 kilometr hündürlüyə kül püskürüb. Kül şleyfi vulkandan 36 kilometr cənub-şərqə qədər yayılıb”, – məlumatda deyilir.
Vulkana narıncı aviasiya təhlükəsi kodu verilib.
Bu o deməkdir ki, onun fəaliyyəti yerli hava nəqliyyatı üçün təhlükə yaradır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.