Vətəndaşlıq almaq tələbləri SƏRTLƏŞDİRİLİR - Bu ölkədə
                    
                        Ajans.az xəbər verir ki, ölkə Prezidenti Aleksandr Stubb “Milli Koalisiya” partiyasının rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış düzəlişləri təsdiqləyib. Dəyişikliklərə əsasən, müraciət edənlərin sabit gəliri olmalıdır; işsizlik müavinəti və ya sosial yardımla yaşayan şəxslər Finlandiya vətəndaşlığı ala bilməyəcək. Əgər şəxs son iki ildə üç aydan çox müddətdə belə yardım alıbsa, onun müraciəti rədd ediləcək. 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
