AZ

Agentlik direktoru hansı rayonun icra başçısı olacaq? İddia var

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun tezliklə vəzifəsi ilə vidalaşacağına dair məlumatların ardı-arası kəsilmir.

Mia.az-ın məlumatına gərə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdan sonra Eşqi Bağırovun da yola salınacağı, daha doğrusu, artıq yola salındığı haqda xəbərlər var.

Qeyd edək ki, Agentlik sədrinin Bakı şəhərinin Nəsimi, Səbail və ya Binəqədi rayonlarından birinə  icra başçısı təyin olunacağı barədə iddialar da yayılıb.

MİA.AZ-a Eşqi Bağırovun rəhbərlik edəcəyi rayonun adını dəqiqləşdirə bilib. Hakimiyyətdəki mötəbər mənbə saytımıza deyib ki, Bağırov yaxın günlərdə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin olunacaq. 

Xatırladaq ki, Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçı Asif Əsgərov 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin deputatı seçilib. O, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
mia.az

2Mənbələr