Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İqbal Kərimzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
İttihama görə, hadisə 16 sentyabr 2025-ci il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, İqbal Kərimzadə binanın blokunda qonşusu zərərçəkmiş Davud Fərəcovla (adı, soyadı şərtidir) aralarında qonşuluq münasibətlərinin pozulması zəminində mübahisə edib. Bu zaman o, qonşusunun qəsdən sağ sifət nahiyəsinə qəsdən əli ilə vuraraq, ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra İqbal Kərimzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirib ki, təqsirləndirilən şəxs ilə barışıb, ondan şikayət və tələbi yoxdur.
Kamal Məmmədov