Britaniyanın məşhur "GiveMeSport" portalı 30 yaşı tamam olduqdan sonra ən çox qol vuran futbolçuların reytinqini açıqlayıb.
Publika.az xəbər verir ki, birinci pillədə 493 qolla ingilis hücumçu Ronni Ruk qərarlaşıb. Beşqat “Qızıl top” sahibi, "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldonun aktivində 486 qol var. O, siyahıda ikinci yeri tutur. Üçüncü yeri 30 yaşdan sonra 466 qol vuran Avstriya və Çexoslovakiyanı təmsil etmiş əvsanəvi futbolçu Yozef Bitsan tutub.
Ronaldonun əzəli rəqibi, “Qızıl top”un səkkizqat sahibi, "İnter Mayami"nin ulduzu Lionel Messi isə 324 qolla on ikinci pillədə yer alıb.
Heybət