AZ

Tramp Netanyahu ilə razılaşmadı: Türkiyə də orada olacaq

BAKI, 27 oktyabr. TELEQRAF

“Beynəlxalq sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşəcək, Türkiyə də bu prosesə daxildir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Hazırda hər şey yaxşı gedir, hər şey problemsizdir. ABŞ-nin müdaxiləsinə ehtiyac yoxdur. Görünən budur ki, mühüm ölkələr bu məsələni öz aralarında həll edə biləcəklər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər - bu üç ölkə və onların arxasında, eləcə də yanında dayanan bir çox ölkə var. Türkiyə də bu prosesə daxildir. İndoneziya, İordaniya, Misir kimi ölkələr də var, həmçinin bölgədən bir qədər uzaqda olub hadisəyə bir o qədər yaxın olmayan ölkələr də iştirak edir. Hər kəs bu prosesə cəlb olunub”, - o bildirib.

Xatırladaq ki, İsrail Baş naziri Binyamin Netanyahu bundan öncə Türkiyənin beynəlxalq missiyada yer almasına qarşı çıxmışdı.

Türkiyənin rolu ilə bağlı suala İsrail lideri belə cavab vermişdi: “Bu mövzuda çox aydın fikrim var. Onun nə olduğunu təxmin etmək istəyirsinizmi?”.

Seçilən
55
2
teleqraf.com

3Mənbələr