Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikintimateriallarının yanması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsindəyanğın genişlənməsinə imkan verilmədən qısa müddətdəsöndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m olan talvar altınayığılmış tikinti materialları 150 kv.m sahədə və yaxınlıqdadayanmış "Mercedes" markaklı minik avtomobilinin salon hissəsiqismən yanıb.
Tikinti materialları və avtomobilin qalan hissəsi, ətrafərazilər yanğından mühafizə olunub.