AZ

Xabi Alonso Zidanın uğurunu təkrarladı

"Real Madrid" Xabi Alonsonun baş məşqçiliyi altında ilk El Klasiko"sunu qazandı. 
Fanat.Az
xəbər verir ki, İspaniya nəhəngi öz meydanında “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. 
"Madrid Zone"-nin məlumatına görə, ispaniyalı çalışdırıcı 2016-cı ildə bu uğura imza atan Zinəddin Zidandan sonra "Real Madrid"də kataloniyalılara qarşı debüt matçında qalib gələn ilk məşqçi olub. Alonso bu ilin iyununda Karlo Ançelottini əvəzləyib. İtaliyalı mütəxəssisin rəhbərliyi altında komanda ötən mövsüm keçirilən dörd "El Klasiko"nun hamısını uduzub. 
"Real Madrid" hazırda 27 xalla La Liqada turnir cədvəlinə başçılıq edir, "Barselona" isə 22 xalla ikincidir.

Mirağa

Seçilən
17
1
fanat.az

2Mənbələr