AZ

Rusiya amili: Türkiyə Aİ-nin hədəfində

Rusiyaya qarşı sanksiyaların 19-cu raundu fonunda türk bankları Avropa İttifaqının monitorinqi və təzyiqi ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bunu Türkiyənin dövlət maliyyə sektorundakı mənbə “RİA Novosti”yə bildirib.

Bundan əvvəl Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etdiyini açıqlamışdı.

"Türkiyədə Rusiya tərəfdaşları ilə əməliyyatlar aparan banklar və ya şirkətlər monitorinq və ya dolayı təzyiqə məruz qala bilər. Ona görə də türk biznesləri artan uyğunluq risklərinə və əlavə yoxlamalara hazır olmalıdırlar", - agentliyin mənbəsi Türkiyənin bank sektoru üçün potensial riskləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ankara Brüsseldən maliyyə əməliyyatlarına nəzarəti gücləndirmək planlarını göstərən dolayı siqnallar alır.

Seçilən
42
publika.az

1Mənbələr