AZ

ABŞ-nin qırıcı təyyarə və helikopteri qəzaya düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarə Cənubi Çin dənizi üzərində qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Sakit okean donanması “X” hesabında məlumat yayıb.

“Yerli vaxtla saat 14:45-də ABŞ Hərbi Dəniz Qüvvələrinin “MH-60R Sea Hawk” helikopteri “USS Nimitz” aviadaşıyıcısının göyərtəsindən planlaşdırılmış əməliyyatları həyata keçirərkən Cənubi Çin dənizinin sularında qəzaya uğrayıb”, - məlumatda deyilir.

Bundan yarım saat sonra isə “F/A-18F Super Hornet” qırıcısının qəzaya düşdüyü bildirilir.

Hər iki halda ekipaj katapult edə bilib, xəsarət alan olmayıb.

Seçilən
78
3
bakivaxti.az

4Mənbələr