Küçədə sahibsiz itlərlə qarşılaşanda onları qovmağa və qaçmağa çalışmayın.
AzPost bildirir ki, bu barədə kinoloq Vladimir Urajevski aif.ru-ya bildirib.
Mütəxəssisin sözlərinə görə, bu, itlərin daha aqressiv olmasına səbəb ola bilər.
“İtlərdə heç vaxt aqressivlik yaratmamalısınız. Onlar sizə yaxınlaşa, iyləyə və sonra gedə bilərlər. Qışqırmaq lazım deyil. Onlara əl yelləməyin, çünki onlar bunu hücum kimi qəbul edə bilərlər. Qaçmayın, çünki itlər əvvəlcə bunu oyun kimi qəbul edə bilərlər, amma sonra bunun aqressivliyə çevrilmə ehtimalı var”, – deyə ekspert qeyd edib.
Kinoloq deyib ki, küçə itləri ilə qarşılaşanda onları qovmağa və ya hucum jestləri əvəzinə dayanmaq ən yaxşısıdır.
