AZ

Orta Dəhliz regional inteqrasiyanın və iqtisadi əməkdaşlığın təməl daşıdır - TDT Baş katibi

Orta Dəhliz regional inteqrasiyanın və iqtisadi əməkdaşlığıntəməl daşıdır .

Bunu Trend-əözəl müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibiKubanıçbek Ömüraliyev bildirib.

Ömüralıyev qeyd edib ki, “Türk Dünyası - 2040 Baxışı”çərçivəsində Orta Dəhlizin inkişafı strateji prioritet kimi müəyyənolunub – bu, Şərqlə Qərbi birləşdirən ən qısa və təhlükəsizmarşrut, eləcə də türk ölkələrinin qlobal logistika şəbəkələrinəinteqrasiyasını təmin edən əsas amildir.

“Bu baxımdan Orta Dəhliz regional inteqrasiyanın və iqtisadiəməkdaşlığın təməl daşıdır. O, Şimal Dəhlizi ilə müqayisədə tranzitməsafəsini 2000 kilometr azaldır və Çinlə Avropa arasında yüklərincəmi 15 günə çatdırılmasına imkan yaradır — bu isə dəniz nəqliyyatıilə müqayisədə üç dəfə sürətlidir. Bu marşrutun potensialının tamreallaşdırılması türk dövlətləri arasında sıx əlaqələndirməninolmasını tələb edir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimibirgə infrastruktur layihələri vasitəsilə – ki, bu dəhlizin əsaselementi hesab olunur – üzv dövlətlər tranzitin səmərəliliyinixeyli artırır və illik buraxıcılıq qabiliyyətini 15 milyon tonaqədər genişləndirirlər. Eyni zamanda, Orta Dəhlizin uğuru üçüngömrük və logistika proseslərinin müasirləşdirilməsi də azəhəmiyyət kəsb etmir,” – deyə o bildirib.

Türk Dövlətləri Təşkilatının baş katibi qeyd edib ki, Azərbaycanvə digər üzv ölkələr ePermit (elektron nəqliyyat icazələri), eCMR(elektron yük-nəqliyyat qaimələri) və eTIR (elektron gömrük tranzitsistemi) kimi sistemləri uğurla tətbiq edirlər. Bu isə beynəlxalqdaşımaları daha sürətli, sadə və şəffaf edir.

“2025-ci ilin yanvarında Bakıda TDT-nin gömrük xidmətlərirəhbərlərinin görüşü zamanı eTIR sisteminin tam tətbiqinə dairregional Yol Xəritəsinin imzalanması bu prosesdə mühüm mərhələoldu. Bu addım regionda daha səmərəli və təhlükəsiz ticarətaxınlarının formalaşmasına yol açdı. 2022-ci ilin SəmərqəndSammitində qəbul olunmuş sadələşdirilmiş gömrük dəhlizləri vəbeynəlxalq yükdaşımalarla bağlı razılaşmalarla birgə bu təşəbbüslərOrta Dəhlizi daha da möhkəmləndirir, türk dövlətlərini regionaləlaqəlilik, səmərəlilik və dayanıqlılıq nümunəsinə çevirir,” – deyəo əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz region ölkələrindən keçən və AsiyanıAvropa ilə birləşdirən nəqliyyat-ticarət marşrutudur. O, ənənəviŞimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.

Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistankimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini,Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərək Avropaya çıxır. OrtaDəhliz dəniz yollarından daha qısa quru marşrut kimi Asiyanın şərqbölgələrini, o cümlədən Çini, Avropa ilə birləşdirir.

Məqalədə:
Seçilən
21
2
az.trend.az

3Mənbələr