AZ

Heyvanları bir də belə görün - FOTOLAR

2025-ci ilin ən gülməli heyvan fotoları yayımlanıb. 

"Unikal" xəbər verir ki, hər il keçirilən "Comedy Wildlife Photography Awards 2025" müsabiqəsinə 108 ölkədən 10 000-ə yaxın müraciət daxil olub.

Fotolarda gülən şirlər, yuxulu qurbağa, qulaqları ilə gözlərini bağlayan fil, hətta rəqs edən qorilla da var. Finalçılar məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və həşəratlar, balıqlar və digər su növləri kateqoriyalarında qiymətləndiriləcək. Qaliblər dekabrın 9-da Londonun mərkəzindəki OXO Qalereyasında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək. Müsabiqə uzun illər Şərqi Afrikada yaşayan vəhşi təbiət fotoqrafı Pol Coynson-Hiks tərəfindən hazırlanıb. 

Seçilən
21
1
unikal.az

2Mənbələr