“Bank Olmayan Kredit Təşkilatı İDK” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 25 min manat artırılaraq 747 min manata çatdırılıb.
Bu barədə Marja.az Kommersiya qurumlarının dövlət reyestrinə istinadən xəbər verir.
İndiyədək BOKT “İDK” MMC 722 min manat nizamnamə kapitalına malik idi.
21 aprel 2011-ci ildə dövlət qeydiyyatına alınmış “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin qanuni təmsilçisi Nuri Fatimə Məmmədbağır qızı, hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 1 Ev.29-dur.