AZ

"Qarabağ"ın rəqibi səfər qələbəsi qazandı - Niderland çempionatında

Niderland çempionatında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" səfərdə "Tvente"nin qonağı olub.

Qarşılaşma Amsterdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Ayaks" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

"Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Bakıda baş tutacaq.

Seçilən
27
2
sportinfo.az

3Mənbələr