Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində enerjisəmərəliliyinin artırılması və təmiz texnologiyaların tətbiqi üzrəlayihənin həyata keçirilməsi üçün 700 min dollar həcmində texnikiyardımın ayrılmasını təsdiqləyib.
Trend bu barədəAİB-ə istinadla xəbər verir.
“Decarbonizing Baku Metro for a Smart and Sustainable UrbanTransit Future” adlı layihə paxtaxt metropolitenində karbon izininazaldılmasına, enerjidən istifadənin optimallaşdırılmasına vəistismar xərclərinin azaldılmasına hədəflənib.
Texniki yardım çərçivəsində infrastrukturun müasirləşdirilməsiimkanlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bu, günəşpanelləri və enerji yığımı sistemləri (BESS) kimi bərpa olunanenerji mənbələrinin inteqrasiyasını da əhatə edəcək. Həmçininenerji istehlakının intellektual idarəetmə sistemlərinin,proqnozlaşdırılmış xidmətin və böyük məlumat bazasına əsaslananhəllərin tətbiqi planlaşdırılır.
Qeyd edək ki, Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyatınınəsas hissəsini təşkil edir və gündə təxminən 630 min sərnişindaşıyır. Hökumətin 2035-ci ilə qədər ümumi uzunluğu 120 km olacaqbeş xəttdən ibarət metro şəbəkəsini genişləndirmək planları fonundadayanıqlı enerji həllərinə tələbat artır.
Metropolitenin karbonsuzlaşdırılması təkcə emissiyalarınixtisarına və Azərbaycanın istixana qazlarının azaldılması üzrəmilli öhdəliklərinin yerinə yetirilməsinə dəstək verməyəcək, həm dəidarəetmənin səmərəliliyini artıracaq və istismar xərcləriniazaldacaq.
Asiya İnkişaf Bankı (AİB) qeyd edir ki, bu layihə bankın BakıMetropoliteni ilə daha geniş əməkdaşlığının mühüm hissəsinəçevriləcək və infrastrukturun ekoloji dayanıqlılıq üzrə beynəlxalqstandartlara uyğunlaşdırılmasına töhfə verəcək.
 
                        