Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Qazaxıstan yığması ilə qarşılaşacaq.
Çimkənd şəhər stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, oktyabrın 21-dən sözügedən ölkədə toplanışda olan millimiz orta asiyalılarla oktyabrın 24-də baş tutan oyunda 2:1 hesabı ilə qalib gəlib.
27 oktyabr
13:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
Hakimlər: Roziyabonu Yusupova, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova
(hamısı Özbəkistan)
Çimkənd şəhər stadionu.