AZ

Donald Tramp Yaponiyaya rəsmi səfərə yola düşdü- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Yaponiyaya rəsmi səfərə yola düşüb. Olaylar.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında məlumat verib: "Malaziyanı - gözəl və parlaq bir ölkəni tərk etdim. Nadir torpaq metalları ilə bağlı iri ticarət razılaşmaları və sazişlər imzaladıq. Dünən isə ən önəmlisi, Tayland və Kamboca arasında sülh müqaviləsi bağladım. Müharibəyə yox! Milyonlarla həyat xilas edildi. Bunu etmək mənim üçün böyük şərəfdir. İndi isə - Yaponiyaya!" Məlumata görə, Donald Trampın Yaponiyaya səfəri 27-29 oktyabr tarixlərində baş tutacaq. Səfər çərçivəsində ABŞ Prezidenti Yaponiyanın yeni Baş naziri Sanae Takaichi ilə görüşəcək və imperator Naruhitonun qəbulunda olacaq. Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk rəsmi səfəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr