AZ

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv edir- ÖZƏL

Monteneqro hökuməti Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Bu qərar paytaxt Podqoritsada türkiyəli şəxslərin yerli sakini bıçaqlaması ilə bağlı baş vermiş insidentdən sonra qəbul olunub.
Olaylar.az xəbər verir ki, Monteneqro Baş naziri Miloyko Spayiç açıqlamasında bildirib ki, qərar təcili qaydada qüvvəyə minəcək:
"Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti olaraq ləğvi barədə qərarı təcili şəkildə qəbul edəcəyik. Eyni zamanda, iqtisadi fəallığın qorunması və ikitərəfli münasibətlərin yaxşı səviyyədə saxlanılması məqsədilə Türkiyə Respublikası ilə qarşılıqlı maraqlara cavab verən optimal modelin tapılması üçün intensiv danışıqlara başlayacağıq," - deyə Spayiç vurğulayıb.
Xatırladaq ki, oktyabrın 26-da Monteneqro polisi iki türkiyəli şəxsi paytaxt Podqoritsada yerli sakini bıçaqlamaqda ittiham edərək saxlayıb. Hadisədən sonra şəhərdə yüzlərlə insan toplaşaraq anti-miqrant şüarları səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları müxtəlif qanun pozuntularına görə daha 45 Türkiyə vətəndaşını həbs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr