Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" dünən Almaniyanın 2-ci bundesliqasında növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, "qırmızı iblislər" 10-cu tur çərçivəsində həmvətənimizin sabiq klubu "Nürnberq"in qonağı olub. Matç 1:1 hesabıyla başa çatıb.
Əsas məsələyə gəlincə, Mahirin adı bu görüşdə də oyunun iştirak ərizəsində daxil edilməyib. Maraqlıdı ki, "Transfermarkt" portalı buna futbolçunun infeksiyaya yoluxmasının səbəb olduğunu bildirib.
Beləliklə, Emreli ardıcıl 7-ci qarşılaşmada heyətdən kənarda qalıb. "Kayzerslautern" 19 xalla 5-ci sıradadı. Komanda lider "Şalke-04"dən 5 xal geridədi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta