AZ

Qışda bir çox Ukrayna şəhərləri sutkada 20 saata qədər işıqsız qalabilər

Kiyevdə istilik mövsümünün yalnız dekabrın ortalarında başlaya biləcəyi ehtimal edilir.

Redaktor.az xəbər verir ki, barədə Kommunal Xidmətlər İstehlakçıları İttifaqının rəhbəri Oleq Popenko “Strana” nəşrinə məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə paytaxtdakı evlərə istiliyin noyabrdan tez verilməsi gözlənilmir. Ekspert xatırladıb ki, əvvəlki illərdə bəzi rayonlarda istilik mövsümünün başlanması 10 dekabra qədər gecikib.

“Bu, bir çox kiyevlilər üçün istilik mövsümünün başlanmasının reallığıdır”, - deyə Popenko bildirib.

O, həmçinin qeyd edib ki, elektrik enerjisinin təchizatında davamlı fasilələr istiliyin çoxmərtəbəli binaların yuxarı mərtəbələrinə çatdırılmasında ciddi problemlər yaradacaq. Popenkonun sözlərinə görə, qışda bir çox Ukrayna şəhərləri sutkada 20 saata qədər işıqsız qala bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr