AZ

Tramp-Putin görüşü keçiriləcək? - Kremldən açıqlama gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni sammitin keçirilməsinin ABŞ-dan asılı olduğunu ifadə edib.

Turkustan.az xəbər verir ki, Lavrov Macarıstanın "Ultrahang" YouTube kanalına müsahibəsində Rusiya-ABŞ münasibətləri və Ukrayna böhranı ilə bağlı açıqlamalar verib.

Macarıstanın paytaxtı Budapeştdə Rusiya prezidenti Putinlə ABŞ prezidenti Tramp arasında zirvə görüşünün keçirilməsi ehtimalını dəyərləndirən Lavrov bunu Trampın irəli sürdüyünü və Putinin də bu təklifi qəbul etdiyini bildirib.

Lavrov: "Təklif var. Biz mehriban insanlarıq. Dəvət olunanda qəbul edirik və görüşün formatı, yeri və vaxtı ilə bağlı razılığa gəlməyi təklif edirik. Tramp oktyabrın 23-də Ağ Evdə bu dəvətin ləğv edildiyini açıqlamışdı. Bir müddət sonra amerikalılar ləğvin təxirə salınması demək olduğunu söylədi. Ona görə də hər şey dəvət edən şəxsdən asılıdır"-deyə, bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
2
turkustan.az

4Mənbələr