AZ

Gümrü merinə qarşı YENİ İTTİHAM

Yazını böyüt
Yazını kiçilt

Gümrü meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb. Ermənistan KİV-i yazır ki, bu barədə onun vəkilləri məlumat veriblər.

Hafta.az xəbər verir ki, həmin vəkillər ittihamın Qukasyanın sentyabrın 16-da və 23-də Antikorrupsiya Məhkəməsinin həyətində səsləndirdiyi bəyanatlarla bağlı olduğunu bildiriblər. Onun Ermənistanın başqa dövlətlərlə ittifaq yaratmasının mümkünlüyü haqqında sözləri istintaq tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq "ölkənin suverenliyindən imtinaya açıq çağırışlar" kimi dəyərləndirilib. Vəkillərin fikrincə, ittiham məsələyə siyasi rəng verməyə çalışır.

Onların bəyanatında deyilir:

"Özündə zorakılıq əlamətləri daşımayan və şəxsi fikir formasında səsləndirilən bəyanatlar beynəlxalq normalara, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsiplərinə müvafiq olaraq cinayət kimi qiymətləndirilə bilməz".

Xatırladaq ki, oktyabrın 20-də güc strukturları Gümrü meriyasında axtarışlar keçiriblər. Daha sonra məlum olub ki, Qukasyan və daha yeddi nəfər rüşvət almaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Əməliyyat zamanı merin tərəfdarları binanı əhatəyə alıblar. Hadisə yerinə polis, o cümlədən onun "qırmızı beretlər" deyilən xüsusi bölməsinin qüvvələri cəlb olunub. Oktyabrın 21-də məhkəmə onu iki ay müddətinə həbs edib.

Seçilən
40
hafta.az

1Mənbələr