AZ

Tramp İsrailin xəyallarını alt-üst etdi! Netanyahunu qəzəbləndirəcək sözlər

ABŞ prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Uzaq Şərq turunun ilk dayanacağı olan Malayziyaya gəlib.

Turkustan.az xəbər verir ki, Tramp səfəri zamanı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Air Force One təyyarəsi Qətərdə yanacaq doldurarkən görüş keçirib.

ABŞ prezidenti Donald Tramp ABŞ və Qətər arasında, eləcə də regionda fəaliyyət göstərməsi planlaşdırılan sülhməramlı qüvvələrlə bağlı təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı çıxış edib.

Tramp bildirib:

“Bəli, bu barədə danışmışıq. Geniş bir ərazini əhatə edirik. Hazırda hər şey qaydasındadır, ABŞ-ın birbaşa müdaxiləsinə ehtiyac yoxdur. Görünür, böyük ölkələr vəziyyətin öhdəsindən gələ bilirlər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər bu prosesin əsas iştirakçılarıdır. Onların arxasında bir çox başqa dövlətlər də dayanır — o cümlədən Misir və İndoneziya. Hətta regiondan bir qədər uzaqda olan, lakin prosesə maraq göstərən ölkələr də iştirak edir.”

Tramp bölgədə fəaliyyət göstərəcək sülhməramlı qüvvələrin missiyasına nə vaxt başlayacağı ilə bağlı sualları da cavablandırıb:

“Mümkün qədər tez. Hazırda işlər davam edir, liderlər seçilir. Yaxın Şərqdə sülh olacaq — bu, əsl sülh olacaq. Uzun müddətdir belə bir şey görməmişik.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
1
turkustan.az

2Mənbələr