Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1,2 milyard ABŞdolları dəyərində yüksək texnologiyalar məhsulları idxaledilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 31,3 milyon ABŞ dolları və ya 2,65% çoxdur.
Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi7,24% təşkil edib.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycandan 29,1 milyon ABŞ dolları dəyərində yüksəktexnologiyalar məhsulları ixrac edilib ki, bu da ötən ilin eynidövründəki göstərici ilə müqayisədə 141,8 milyon ABŞ dolları və ya5,9 dəfə azdır.
Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi0,16% təşkil edib.