AZ

Paşinyan: Ermənistanın da Azərbaycanla bağlı müvafiq addımlar atması vacibdir

Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə dinləmələrində bildirib.

O deyib ki, Ermənistanın da müvafiq addımlar atması vacibdir.

Paşinyan qeyd edib ki, Qazaxıstandan Ermənistana ilk taxıl partiyası Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən idxal ediləcək. 

Paşinyan, həmçinin Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana gedə biləcəyi marşrutu da açıqlayıb. Onun sözlərinə görə, Ermənistan Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, - Baş nazir əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

Seçilən
8
3
xezerxeber.az

10Mənbələr