AZ

Mesaj verdi: Əfqanıstanla Pakistanı çox tez barışdıra bilərəm

"Mən Əfqanıstan və Pakistan arasındakı münasibətlərdəki böhranı ölkələr arasında sülh danışıqları fonunda "çox tez" həll edə bilərəm".

Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Mən eşitdim ki, Pakistan və Əfqanıstan danışıqlara başlayıb", - deyən Ağ Ev rəhbəri qeyd edib ki, ancaq mən bu məsələni çox tez həll edəcəm.

Tramp Tailand və Kamboca arasında sülh sazişinin imzalanması zamanı şərhlər verib və əlavə edib ki, Pakistan liderləri “gözəl insanlardır”.

Qeyd edək ki, bu ayın əvvəlində Əfqanıstanda gedən döyüşlər onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub.

Seçilən
22
publika.az

1Mənbələr