AZ

Hüquq mühafizə orqanları hansı hallarda vətəndaşın mülkünə daxil ola bilər?- ÖZƏL

Son vaxtlar vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumatlar yayılmaqda davam edir. Bəs, məhkəmə qərarı olmadan hüquq mühafizə orqanları  hansı hallarda vətəndaşın mülkünə daxil ola bilər? Vəkil Rövşən Qasımov "Olaylar"a bildirib ki, Məhkəmə qərarı olmadan hüquq mühafizə orqanları yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı hallarda daxil ola bilər:
 şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;
 şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;
 yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;
 yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;
 cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi.
Məhkəmə qərarı olmadan mənzilə daxil olunduqda bu barədə 48 saat müddətində məhkəməyə məlumat verilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
olaylar.az

1Mənbələr