Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu günləri açıqlanıb.
"Unikal" xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün | 
|  | Daxili işlər naziri Vilayət Eyvazov | Kürdəmir | Kürdəmir, Ucar, Göyçay, Ağsu, Ağdaş, Hacıqabul, Şirvan | 01 | 
|  | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 03 | 
|  | Baş prokuror Kamran Əliyev | Abşeron | Abşeron, Zəngilan | 04 | 
|  | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Quba | Quba, Qusar, Xaçmaz, Şabran | 06 | 
|  | Ədliyyə naziri Fərid Əhmədov | Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı | 07 | 
|  | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Beyləqan | Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd | 13 | 
|  | Gənclər və idman naziri Fərid Qayıbov | Gəncə | Gəncə, Samux, Kəlbəcər | 14 | 
|  | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Zərdab | Zərdab, Ucar, Kürdəmir | 14 | 
|  | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Sumqayıt | Sumqayıt | 14 | 
|  | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Biləsuvar | Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul | 14 | 
|  | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Naftalan | Naftalan, Goranboy, Xocalı | 14 | 
|  | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Mingəçevir | Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir | 14 | 
|  | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev | Göygöl | Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Xocalı | 14 | 
|  | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | Bərdə | Bərdə, Tərtər | 14 | 
|  | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Şəmkir | Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz | 19 | 
|  | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Yevlax | Yevlax, Mingəçevir | 21 | 
|  | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Zərdab | Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir | 21 | 
|  | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Biləsuvar | Biləsuvar, Cəbrayıl | 24 | 
|  | Elm və təhsil naziri Emin Əmrullayev | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 28 | 
|  | Energetika naziri Pərviz Şahbazov | Xızı | Xızı, Siyəzən, Şabran, Sumqayıt, Abşeron | 28 | 
|  | Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev | İmişli | İmişli, Beyləqan | 28 | 
|  | Mədəniyyət naziri Adil Kərimli | Ağdam (Quzanlı qəsəbəsi) | Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın | 28 | 
|  | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov | Astara | Astara, Lənkəran, Lerik | 28 | 
|  | “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev | Bərdə | Bərdə, Tərtər | 28 | 
|  | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov | Zaqatala | Zaqatala, Balakən | 28 | 
 
                        