AZ

Məktəbəqədər təhsil uşağın inkişafına necə təsir edir? - ŞƏRH

Bakı. Trend:

Məktəbəqədər təhsil uşağın həyatında mühüm mərhələdir. Bu dövryalnız məktəbə hazırlıq deyil, eyni zamanda uşağın sosial,emosional, fiziki və intellektual inkişafının təməliniformalaşdırır. İlk illərdə alınan təlim və tərbiyə uşağın gələcəkuğurları, öyrənmə bacarığı və şəxsiyyətinin formalaşmasındaəhəmiyyətli rol oynayır.

Maraqlıdır, məktəbəqədər təhsilin uşağın inkişafınadaha hansı təsirləri var?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil ekspert ElminNuri bildirib ki, ümumilikdə götürsək, təhsilin əsasmissiyası fərddən şəxsiyyət formalaşdıran bir mexanizmolmasıdır.

Onun sözlərinə görə, bu gün dünya təhsilin özünün bütün məzmunxətləri, nəzəriyyə və metodologiyaları ilə sırf bu funksiyanıhəyata keçirmək, azyaşlını şəxsiyyətə yönəlik dəyərlər əsasındacəmiyyət üçün hazırlayır:

"Məktəbəqədər təhsil isə bu prosesin ən vacib tərkib hissəsidir.Çünki insanın şüuraltı və xarakterik olaraq formalaşma mərhələsinintəxminən 70%-lik hissəsi onun 7 yaşına qədərki mərhələdir. Busəbəbdən də məktəbəqədər təhsil səviyyəsinin üzərindəki öhdəlik,məsuliyyət və missiya düzgün dəyərləndirilməli və həyatakeçirilməlidir. Dünya təcrübəsində ayrı-ayrı ölkələr tərəfindəntəhsilin bu səviyyəsi adınıçəkdiyimiz meyarlara görə həddindənartıq ciddi qəbul olunur və hər zaman üzərində çox vacib mexanizmkimi yenidən işlənilir. Yaponiya, Almaniya, Böyük Britaniya, ABŞ,Sinqapur, Finlandiya və s. kimi ölkələrdə məktəbəqədər təhsilləbağlı çox vacib proqramlar tətbiq olunur ki, onlar uşağa bütünhəyati boyu müxtəlif aspektlərdən yardımçı olur".

"Məsələn, Böyük Britaniya bağçalarında azyaşlılara rol oyunlarızamanı, yaxud, hər hansı tapşırığı yerinə yetirərkən mütləq vəmütləq hər hansı səhvi etməyi, hansısa yanlışlığa yol verməyitapşırırlar. Təsəvvür edin, tapşırığın düzgün həlli yox, yanlışlığıtələb olunur. Bu isə ondan ötrüdür ki, uşaq artıq indidən hansısaproblemin həlli zamanı səhv etməyi və o səhvdən nəticə çıxararaqproblemi perspektivə çevirməyi öyrənsin. Yəni, onu bir növpsixoloji cəhətdən gələcək situasiyalara hazırlayırlar. Baxın,məktəbəqədər təhsilin bu və bunun kimi yüzlərlə müsbət tərəflərivar və hər birisinin də həyati tətbiq elementləri çox böyükdür.Məhz, bu formulları həyata keçirən məktəbəqədər təhsil bizim üçünçox vacibdir. Təəssüflər deməliyik ki, yerli məktəbəqədər təhsilmüəssisələri bu cür yanaşmalardan, uşağı gələcək üçün formalaşdırmaformullarına çox da yaxın gəlmir. Nə bağçalarımızla bağlı tədrisproqramı buna hazırdır, nə də bu proqrama cavab verə biləcəktərbiyəçi-müəllimlər, metodistlərimiz var. Biz hələ indi-indiməktəbəqədər təhsil müəssisələrində diplomsuz kadrları aşkarlayıbişdən uzaqlaşdırırıq. Onları uşaqlar üçün həyati əhəmiyyətli təhsilsubyektinə çevirmək üçün isə bizə illər yox, on illər lazımgələcək", - deyə ekspert əlavə edib.

O həmçinin vurğulayıb ki, hazırki müsbət tərəflərinə gəlincəisə, təəssüf ki, bu barədə çox da pozitiv danışa bilməyəcəyəm:

"Hər halda bu, subyektiv yanaşmamdır və ona əsaslanıb deyəbilərəm ki, bizdə məktəbəqədər təhsilin yalnız bir müsbət tərəfivar: uşaqlara müəyyən zaman çərçivəsində nəzarət etməklə onlarınvalideynlərinin işləmək imkanlarını artırmaq. Vəssəlam!".

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA)sədri, təhsil eksperti Əmrah Həsənli isə Trend-ə bildirib ki, məktəbəqədər təhsil uşağıngələcək həyatına qoyulan ilk ciddi investisiyadır:

"Biz çox zaman bu mərhələni sadəcə oyun, əyləncə və vaxt keçirməkimi görürük, amma əslində məhz bu dövr uşağın sosial, emosional vəintellektual inkişafının təməlidir. Uşaq məktəbəqədər dövrdə ətrafmühiti dərk etməyi, özünü ifadə etməyi, başqaları ilə münasibətqurmağı, paylaşmağı və qaydalara əməl etməyi öyrənir. Bu, onungələcəkdə həm məktəb mühitinə, həm də cəmiyyətə uyğunlaşmasınıasanlaşdırır

Digər tərəfdən, məktəbəqədər təhsil uşağın idrak bacarıqlarını –düşünmə, müqayisəetmə, səbəb-nəticə əlaqəsini qurma və problem həlletmə vərdişlərini formalaşdırır. Bu mərhələdə öyrənmə prosesioyunlar üzərindən aparıldığı üçün uşaq bilik əldə etməyi zövq kimiqəbul edir və bu hiss onun təhsilə marağının uzunmüddətli qalmasınıtəmin edir. Yəni burada söhbət sadəcə hərfləri və rəqəmləriöyrənməkdən getmir, əsas məsələ uşağın öyrənmə motivasiyasınıoyatmaqdır".

Onun sözlərinə görə, ən mühüm üstünlüklərdən biri dəsosiallaşmadır.

"Evdə tək böyüyən uşaq üçün məktəbəqədər müəssisə həmyaşıdlarlaünsiyyət, əməkdaşlıq, qarşılıqlı hörmət və tolerantlıq kimidəyərləri formalaşdırır. Bu, sonradan məktəb həyatında adaptasiyanıxeyli asanlaşdırır. Psixoloji baxımdan da uşaq özünəinam,müstəqillik və emosional sabitlik qazanır

Əslində məktəbəqədər təhsilin cəmiyyət üçün də böyük faydasıvar. Çünki bu sistemdə uşaqlara yalnız bilik deyil, dəyərlər vədavranış normaları da aşılanır. Yaxşı qurulmuş məktəbəqədər təhsilsistemi gələcəkdə sosial məsuliyyətli, yaradıcı və empatiqabiliyyəti yüksək nəsil yetişdirir. Ona görə də məktəbəqədərmərhələni sadəcə təhsilin başlanğıcı kimi deyil, şəxsiyyətinformalaşma laboratoriyası kimi görmək lazımdır",- deyə Ə.Həsənliəlavə edib.

Seçilən
32
1
az.trend.az

2Mənbələr