
“İlk dəfədir ki, biz Azərbaycanla qurulan sülh şəraitində Ermənistanın büdcəsini müzakirə edirik”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gündən etibarən biz yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə, xüsusən də Marqara-Yeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazırıq.
“Çünki bu, hazırda həyata keçirə biləcəyimiz yeganə variantdır", - deyə Paşinyan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az
