AZ

Yalnız əmək müqaviləsini deyil, digər sənədləri də e-qaydada imzalamaq olar - Nazirlik

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək vəMəşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılıb.

Trendxəbər verir ki, bu barədə Nazirliik məlumat yayıb.

Bildirilib ki, artıq işəgötürənlər əmək münasibətləriçərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqisənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalayabiləcəklər.

Bu yenilik Əmək Məcəlləsinin 200-cü maddəsinə əsaslanır. Həminmaddəyə görə işəgötürən iş prosesində ona etibar edilən əmlak vədigər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərinsaxlanması, emalı, satışı, daşınması və istifadəsi kimiəməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddiməsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər.

Yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddiməsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrətəhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavəsənədlərin) elektron imzalanması mümkündür.

Bu dəyişiklik işəgötürən və işçi arasında sənəd dövriyyəsiniasanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın dahada genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təminolunmasına xidmət edir.

Seçilən
29
10
az.trend.az

10Mənbələr