BAKI, 27 oktyabr. TELEQRAF
Gürcüstan parlamentinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirakdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvilinin Avronest Parlament Assambleyasına açıq məktubunda bildirilib.
Maxaşvili bildirib ki, Avronest Parlament Assambleyasının Gürcüstana qarşı son hərəkətləri assambleyanın Təsis Aktı və Şərq Tərəfdaşlığının Praqa Zirvə Görüşünün Birgə Bəyannaməsinin fundamental prinsip və məqsədlərinə uyğun gəlmir.
 
                        