Oktyabrın 23-də “Zenit”in və Rusiya millisinin hücumçusu Andrey Mostovoy Sankt-Peterburqda sui-qəsdin obyekti olub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Mənbənin məlumatına görə, bir neçə nəfər “Zenit”in futbolçusunu qollarından tutub zorla maşına mindirmək istəsələr də, yarımmüdafiəçi onlarla mübarizə aparıb və ona yoldan keçən şəxs kömək edib. Şübhəlilər saxlanılıb.
Həmçinin bu gün səhər Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk öz Telegram kanalında Sankt-Peterburq polisinin “bir iş adamının oğurlanmasında və məşhur futbolçunun qaçırılmasına cəhddə şübhəli bilinən şəxslərin saxlandığını” bildirib.
Xatırladaq ki, dünən Mostovoy “Zenit”in heyətində Moskva “Dinamo”su ilə oyunda qol vurub.